Budapeşt Qürur Yürüşü baş tutub
Baş nazir Viktor Orbanın partiyası tərəfindən tətbiq olunan qadağaya baxmayaraq, Budapeştin meri tədbirin keçirilməsinə icazə verib
29/Jun/25
132
Budapeşt Qürur Yürüşü qadağalara baxmayaraq baş tutub
Baş nazir Viktor Orbanın partiyası tərəfindən tətbiq olunan qadağaya baxmayaraq, Budapeştin meri tədbirin keçirilməsinə icazə verib. Polis isə kənardan müşahidə edib.
Macarıstanda hər il keçirilən Qürur yürüşünə qarşı tətbiq edilən hökumət qadağası şənbə günü əks təsir göstərib – 100,000-dən çox insan Macarıstanın paytaxtı boyunca yürüş edib, bu da əvvəlki illərlə müqayisədə qat-qat çoxdur.
Baş nazir Viktor Orban cümə günü insanları qadağan olunmuş paraddan uzaq durmağa çağıraraq, iştirak edən hər kəsi “aydın hüquqi nəticələr”lə hədələyib. Lakin hökumətin bu xəbərdarlıqları, adətən yalnız bir neçə min LGBTQ+ fəalı və onların dostlarının qatıldığı tədbiri cənab Orbanın hökumətinə qarşı kütləvi etiraza çevirib.
Mart ayında Orbanın partiyası Parlamentdə toplaşmaq azadlığına dəyişiklik edən qanun qəbul edib. Bu qanun daha əvvəl homoseksuallığın "təbliğini" qadağan edən qanuna əsasən, Qürur yürüşü kimi tədbirlərin keçirilməsini qeyri-qanuni elan edib. Belə tədbirlərə qatılan şəxsləri təxminən 600 dollar cərimə gözləyir, təşkilatçıları isə bir ilə qədər həbs riski ilə üzləşirlər.
Bu qadağa, Orban və onun partiyası Fidesz-in mühafizəkar müxalifət lideri Peter Mağyarın artan populyarlığına fonunda baş verib. Fidesz rəsmiləri və hökumətə bağlı media Mağyardan Budapeşt Qürur Yürüşü ilə bağlı mövqe bildirməsini tələb edib və bu, bir çoxları tərəfindən onu “uşaqların müdafiəsinə qarşı yumşaq mövqe tutan gizli liberal” kimi ifşa etməyə yönəlmiş siyasi tələ kimi qiymətləndirilib.
Orban hökumətinin bu ilki Qürur yürüşünə maneəsinin qarşısını almaq üçün Budapeştin liberal meri Gergely Karaçon, 1995-dən bəri hər il keçirilən tədbiri şəhər səviyyəli bir bayrama – Sovet qoşunlarının 1991-ci ilin iyununda Macarıstandan tam çıxmasının ildönümünü qeyd edən azadlıq tədbirinə – çevirib. O, tədbirin “Budapeşt Qürur Azadlıq” adı ilə keçirilməsinə icazə verib.
Hökumət paradı hələ də qeyri-qanuni elan edib və meri həbs etməklə hədələyib, halbuki şənbə günü keçirilən anti-LGBTQİ+ yürüşü üçün ifrat sağçı partiyaya icazə verib.
Polis Qürur paradını kənardan izləsə də, günortaya qədər Budapeştin mərkəzindən axan insan selini saxlamaq üçün heç bir müdaxilə etməyib.
Powered by Froala Editor