Qırğızıstandan olan trans qadın Krasnodarda altı ay təcridxanada saxlanılıb

2025-ci il yanvarın 31-də Krasnodarda Qırğızıstandan olan trans qadın Rusiya ərazisində qalma qaydalarını pozduğu üçün saxlanılıb. O, trans şəxs olduğu üçün öz vətəninə qayıtmaqdan qorxaraq yaşayış icazəsini uzada bilməyib. Bu barədə Trans Koalisiya məlumat verib.

Məhkəmə onun ölkədən çıxarılmasına qərar verib, lakin sənədlərindəki problemə görə – pasportunda kişi cins göstəricisi olduğu üçün – o, təcridxanaya yerləşdirilib. Qızın dediyinə görə, Qırğızıstan səfirliyinin nümayəndələri onun xarici görünüşü və hormonal terapiya səbəbindən kimliyinə şübhə ediblər: “Onlar düşünürdülər ki, bu mən deyiləm.”

Yalnız dörd ay sonra o, hüquq müdafiəçisi və beynəlxalq təşkilatlarla əlaqə qura bilib və onlar ona vəkil tapmaqda kömək ediblər. Təcridxanada qidalanma səbəbindən onda mədə problemləri yaranıb. Xəstəxanaya yerləşdirildikdən sonra fəallar Qırğızıstanın Krasnodardakı konsuluna müraciət ünvanlayıblar və konsul bu işə müdaxilə edib.

Daha sonra məhkəmə çıxarılma qərarı verib, lakin səfirlik barmaq izləri ilə şəxsiyyəti təsdiqlənmiş olsa da, əlavə foto təsdiqi tələb edib. Nəticədə hüquq müdafiəçisi qızın şəxsiyyətini təsdiqləyə biləcək insanlar tapıb və 16 iyun tarixində ona Rusiyanı tərk etməyə icazə verilib.

17 iyunda onu Moskvaya köçürülüb. Onun sözlərinə görə, yolda ona tualetdən istifadə etməyə icazə verilməyib, yemək verilməyib və kobud rəftar olunub. Qadın 18 iyun saat 10:30-da hüquq müdafiəçisinə Qırğızıstana uçduğunu bildirib.

Powered by Froala Editor