Ukraynada ilk dəfə iki geyin evliliyi tanınıb
Məhkəmə gey cütlüyü ailə kimi tanıyıb
04/Jul/25
96
Ukraynada ilk dəfə iki geyin evliliyi tanınıb
Məhkəmə gey cütlüyü ailə kimi tanıyıb.
Ukraynanın paytaxtı Kiyevdə Desnyanskiy Rayon Məhkəməsi iki kişi — Zoryan Kis və Timur Levçukun ailə münasibətlərini rəsmən tanıyıb. Bu qərar Ukraynada eyni-cinsli münasibətlərin hüquqi tanınması üçün bir presedent yaradıb.
Zoryan və Timur tanınmış gey cütlük və insan haqları müdafiəçiləridir. Zoryan Kis beynəlxalq “Freedom House” təşkilatında layihə koordinatorudur və KyivPride təşəbbüsünün təsisçilərindən biridir. Timur Levçuk isə Ukraynada LGBTQ+ hüquqlarını müdafiə edən “Tочка опори” (Dayaq Nöqtəsi) təşkilatının rəhbəridir. Cütlük 2013-cü ildən birlikdədir və 2021-ci ildə ABŞ-da rəsmi nikaha daxil olublar.
2024-cü ilin iyun ayında Zoryan Ukraynanın İsraildəki səfirliyinə birinci katib təyin olunub. O, həyat yoldaşını özü ilə aparmaq istəyib, lakin Ukraynanın Xarici İşlər Nazirliyi Timurun ailə üzvü kimi tanınmasından imtina edib. Nazirlik bu qərarını Ukrayna qanunvericiliyinin evliliyi yalnız kişi və qadın arasında bir ittifaq kimi tanıması ilə əsaslandırıb.
Powered by Froala Editor