Budapeştin meri LGBTQİ+ yürüşünə görə dindirilib
Macar polisi Budapeştin merini paradla bağlı şübhəli şəxs qismində dindirib
04/Aug/25
27
Budapeştin meri LGBTQİ+ yürüşünə görə dindirilib
Macar polisi Budapeştin merini paradla bağlı şübhəli şəxs qismində dindirib.
Budapeştin meri Gergely Karácsony 28 iyun tarixində Macarıstan paytaxtında keçirilmiş Budapeşt Qürur Yürüşü ilə əlaqədar Milli İstintaq Bürosuna ifadə verməyə çağırılıb. Təşkilatçıların məlumatına görə, yürüşdə 200 min nəfərdən çox insan iştirak edib.
Bu il hakim koalisiya qanuna və Konstitusiyaya dəyişikliklər edərək, uşaqların “qorunması zərurəti” bəhanəsi ilə yürüşün keçirilməsini rəsmi şəkildə qadağan edib. Buna baxmayaraq, Budapeştin meri Karácsony baş nazir Viktor Orbanın qadağasına qarşı çıxaraq tədbirin şəhərdə keçiriləcəyini elan edib.
Tədbirin hüquqi statusu dəyişdirilərək bələdiyyə bayramı kimi təsdiqlənib. Bu format üçün xüsusi icazə tələb olunmur və mövcud qanunvericiliyə əsasən yasaqlana bilməz.
“Bu şəhərdə birinci və ikinci dərəcəli vətəndaşlar yoxdur. Biz bilirik ki, azadlıq yalnız birlikdə mümkündür. Bu şəhərdə nə azadlıq, nə də sevgi qadağan oluna bilməz. Budapeşt Qürur Yürüşü də qadağan oluna bilməz”, – deyə Karácsony bildirib.
Polis əvvəlcə yürüşə qarşı çıxsa da, tədbir günü müdaxilə etməyib və iştirakçıların təhlükəsizliyini təmin edib. Lakin sonradan hüquq-mühafizə orqanları həm təşkilatçılar, həm də bələdiyyə rəhbərliyi barəsində cinayət işi açıb. Əsas hədəf isə mer Karácsony olub.
Powered by Froala Editor