Türkiyədə LGBTQİ+ aktivisti həbs olunub
Türkiyədə Avropa Şurasının Gənclər Nümayəndəsi və LGBTİ+ hüquqları müdafiəçisi Enes Hocaoğulları hava limanında saxlanılıb
06/Aug/25
106
Türkiyədə LGBTQİ+ aktivisti Enes Hocaoğulları həbs olunub
Türkiyədə Avropa Şurasının Gənclər Nümayəndəsi və LGBTİ+ hüquqları müdafiəçisi Enes Hocaoğulları hava limanında saxlanılıb.
Hocaoğulları, Avropa Şurasında Türkiyədəki demokratik geriləməyə diqqət çəkdiyi çıxışı səbəbilə həbs tələbi ilə məhkəməyə göndərilib.
Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresində Türkiyəni təmsil edən gənclər nümayəndəsi və LGBTİ+ fəalı olan Enes Hocaoğulları bu gün Ankara Esenboğa Hava Limanına enən anda saxlanılıb. O, prokurorluqda ifadə verdikdən sonra “dezinformasiya yaymaq” ittihamı ilə barəsində həbs qərarı verilməsi üçün Sulh Cinayət Məhkəməsinə göndərilib.
ÜniKuir-in verdiyi məlumata görə, Avropa Şurasındakı çıxışı səbəbilə Hocaoğulları barəsində İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri İdarəsi və Ankara Baş Prokurorluğunun Mətbuat Cinayətləri İdarəsi tərəfindən iki ayrı istintaq başladılıb. Bu istintaqlar “yalan məlumatı açıq şəkildə yaymaq” və “xalqı kin və nifrətə təhrik etmək” ittihamlarına əsaslanırıb. Daha sonra hər iki iş Ankara şəhərində birləşdirilib.
5 avqust 2025-ci il tarixində Hocaoğullarının təyyarəsi günorta saatlarında hava limanına endi və o, pasport nəzarətində dərhal saxlanılıb. Onun ifadəsi birbaşa prokuror tərəfindən alınıb və “dezinformasiya yaymaq” ittihamı ilə həbs tələbi ilə hakim qarşısına çıxarılıb.
LGBTİ+ hüquqları müdafiəçisi olan Hocaoğulları bu ilin fevral ayında Avropa Şurası Konqresinə gənclər nümayəndəsi seçilib. Mart ayında keçirilən sessiyada “Türkiyədə gənclər artıq ‘bəsdir’ deyir” adlı çıxışında Ekrem İmamoğlu da daxil olmaqla, həbs olunan bələdiyyə başçıları və sonrakı dinc etirazlar barədə danışıb, gənclərin 19 martdan bəri üzləşdiyi polis zorakılığına diqqət çəkib.
Onun “Azadlıqlarımızı geri almaq üçün bəsdir deyirik…” sözləri ilə bitən çıxışı sosial mediada geniş yayılmış, ardınca hökumətyönlü media qurumları və sosial media hesabları tərəfindən sistemli şəkildə hədəfə alınıb. Bu kampaniya zamanı ÜniKuir Derneği və LGBTİ+ hüquqları müdafiəçiləri də təzyiqə məruz qalıb.
Powered by Froala Editor