Avropa Şurası Enes’i azad etməyə çağırıb
“Gənclər nümayəndəsinin hədəfə alınması qəbuledilməzdir”
06/Aug/25
110
Avropa Şurası Enes’i azad etməyə çağırıb
“Gənclər nümayəndəsinin hədəfə alınması qəbuledilməzdir”
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Marc Cools Avropa Şurasının gənclər nümayəndəsi və LGBTİ+ fəalı Enes Hocaoğullarının həbs olunmasına etiraz edib.
Cools açıqlamasında belə deyib:
“Konqresin plenar iclasında səsləndirilmiş fikirlərə görə bir gənclər nümayəndəsinin həbsi və barəsində cinayət işi açılması ifadə azadlığı kimi fundamental bir hüququn açıq-aşkar pozulmasıdır. Bu hüquq Avropa demokratiyasının təməl sütunlarından biridir və Türkiyənin Avropa Şurasına üzv ölkə olaraq riayət etməyi öhdəsinə götürdüyü Avropa İnsan Hüquqları Konvensiyası ilə qorunur.
Bu hadisə eyni zamanda, Avropa Şurasının işində legitim şəkildə iştirak edən bir şəxsə qarşı birbaşa və qəbuledilməz bir qisas aktıdır.”
Cools Enes Hocaoğullarının dərhal azadlığa buraxılması çağırışında bulunaraq əlavə edib:
“Konqres bundan əvvəl də Türkiyədə demokratiyanın vəziyyəti ilə bağlı dərin narahatlığını ifadə etmiş və müxalifət partiyalarından seçilmiş nümayəndələrin mühakiməsinə və həbslərinə son verilməsi çağırışını etmişdi.
İndi isə bir gənclər nümayəndəsinin plüralist ictimai müzakirə çərçivəsində fikirlərini legitim şəkildə ifadə etdiyi üçün hədəfə alınması skandal xarakteri daşıyır və əsla qəbuledilməzdir. Mən Türkiyə hakimiyyətini Enes Hocaoğullarına qarşı irəli sürülən bütün ittihamları ləğv etməyə və onu dərhal azad etməyə çağırıram.”
Powered by Froala Editor