“Qadın cərraha getmərəm, kişiyə daha çox inamım var”
“Qapqara” verilişinin yeni buraxılışında qonaq olan aparıcı Rövşanə Ağasəfqızı seksist çıxışları ilə yadda qalıb
09/Aug/25
48
Aparıcı Rövşanə Ağasəfqızı: “Qadın cərraha getmərəm, kişiyə daha çox inamım var.”
“Qapqara” verilişinin yeni buraxılışında qonaq olan aparıcı Rövşanə Ağasəfqızı seksist çıxışları ilə yadda qalıb.
Verilişdə gender bərabərliyi, kişi-qadın münasibətlərindəki gərginliklər və başqa mövzular müzakirə olunub. Rövşanə Ağasəfqızı deyib ki: “Məni qınayacaqlar, amma nəsə ağır problemim olsa qadın yox, kişi cərrah seçərəm. Mənim kişiyə daha çox inamım var. Mənə elə gəlir ki, kişi daha çevik hərəkət edəcək.”
Bu fikirlər sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Proqram zamanı Rövşanə Ağasəfqızı başqa mizoginist fikirləri ilə də diqqət çəkib. O bildirib ki, qadın tənha olanda diqqət çəkmək üçün hər yola əl atır. Özünü inkişaf etdirmək əvəzinə daha çox gözəllik salonlarına və estetik əməliyyatlara sərmayə qoyur.
Powered by Froala Editor