Minority jurnalının yeni sayı dərc olundu
Baharın gəlişi ətrafımızı rəngləndirdiyi kimi, jurnalımızın da gəlişi sizin həyatını rəngləndirəcək. Uzun fasilədən sonra Minority Azərbaycan jurnalı yenidən oxucuları ilə görüşür.
21/Mar/19
6594
Baharın gəlişi ətrafımızı rəngləndirdiyi kimi, jurnalımızın da gəlişi sizin həyatını rəngləndirəcək. Uzun fasilədən sonra Minority Azərbaycan jurnalı yenidən oxucuları ilə görüşür.
Minority Jurnalının Azərbaycan LGBTQİ icması üçün vacibliyini dərk etdiyimizdən onun davamlı olması üçün əlimizdən gələni edirik. Bu dəfə daha rəngarəng və incəsənətlə zəngin materiallarla qarşınızdayıq.
Jurnalımızın budəfəki üz qabığı Rey Bredberinin "Yenə də bizimkidir" ("Futures child") hekayəsi əsasında hazırlanıb.
“Övladınız hamı kimi doğulmasaydı, necə reaksiya verərdiniz? Həkimlər deyir ki, uşaq tamamilə sağlamdır və hər şey qaydasındadır. Amma o, fərqli görünür.”
Bu hekayədəki valideynlər depressiyadan, yadlaşmadan və ictimai fikrə qarşı qorxulardan tutmuş öz övladını qəbullanmağa qədər uzun bir yoldan keçiblər.
Əgər hekayənin futuristik xarakterini bir kənara qoysaq, ümumilikdə bu hekayə bizimçün qəbullanma və şərtsiz sevgi haqqındadır.
Jurnalımız həmişəki kimi hər ay yayımlanacaq. Bu dəfə də adətimizə sadiq qalaraq məşhur bir şəxslə müsahibə etdik. Can Candan Azərbaycanda da insanların həyatına təsir edən “Benim Çocuğum” sənədli filminin rejissorudur. Film LGBTQİ-lərin valideynlərindən, onların övladlarına dəstəyindən və LGBTQİ hüquqları uğrunda mübarizəsindən bəhs edir.
Sayımızda həmçinin İnstaqramda 40 min izləyicisi olan, ərəb LGBTQİ icmasına xitab edən Queer Habibi proyektinin müəllifi ilə müsahibəmiz və oxucularımıza hazırladığı illlüstrasiya yer alır.
Powered by Froala Editor