Google LGBTİ+ ailələrini “konversiya terapiyası” saytlarına yönləndirir
ABŞ-da aparılan bir araşdırmaya görə, Google LGBTİ+ valideynlərini LGBTİ+ları hədəf alan “konversiya terapiyası” saytlarına yönləndirir
06/Sep/25
62
Google LGBTİ+ ailələrini “konversiya terapiyası” saytlarına yönləndirir
ABŞ-da aparılan bir araşdırmaya görə, Google LGBTİ+ valideynlərini LGBTİ+ları hədəf alan “konversiya terapiyası” saytlarına yönləndirir.
Dünya üzrə axtarış bazarının 90 faizinə nəzarət edən Google Uncloseted Media-nın apardığı araşdırmaya əsasən, LGBTİ+ ailələrini “konversiya terapiyasını” təbliğ edən saytlara istiqamətləndirir.
Araşdırmada təşkilat LGBTİ+ valideynləri adından axtarış sistemində “Mən xristianam, qızım lezbiyandır” və ya “övladım trans olduğunu açıqladı” kimi sorğular edib. Ailələr isə bu axtarışların nəticəsində “konversiya terapiyası”nı dəstəkləyən və homoseksuallığı “günah” kimi təqdim edən Focus on the Family (FOTF) kimi qurumlara yönləndirildiklərini görüblər.
Məlumata görə, FOTF və oxşar qurumlar Google-un alqoritmlərində üst sıralarda çıxır və etibarlı dini mənbə kimi təqdim olunurlar. Lakin həmin qurumlar “nifrət qrupu” kimi tanınır və uzun müddətdir LGBTİ+ hüquqlarına qarşı kampaniyalar aparırlar.
Google isə iddialara belə cavab verib: “Hər bir axtarış sistemi kimi, Google da açıq internetdəki məzmunları indeksləyir. Əlaqəli nəticələri önə çıxarmaq üçün açar söz uyğunluğu kimi sistemlərdən istifadə edir. Axtarış nəticələrindən səhifələrin çıxarılması isə əsasən yerli qanunvericilikdən asılıdır.”
Powered by Froala Editor