Azərbaycan kuir filmləri Oslo/Fusion festivalında

Norveçin yeganə LGBTQİA2S+ və QTIBIPOC hekayələrinə həsr olunmuş film festivalı olan Oslo/Fusion bu il 35-ci yubileyini qeyd edir. Festival 1990-cı ildən fəaliyyət göstərir və müxtəliflik, bərabərlik və qəbullanmanın təşviqi üçün filmlər, panel müzakirələr və tədbirlər vasitəsilə ölkənin ən önəmli mədəniyyət platformalarından birinə çevrilib.

Bu il Azərbaycan rejissorları festivalda üç film ilə təmsil olunacaq. Bu filmlər Bakının görünməyən qaydaları, ictimai təzyiqlər və şəxsi axtarışlarla üzləşən kuir həyatını bədii və emosional dillə ekrana gətirir:

CityScape Dreams (2024), rejissor Nərgiz Məmmədli (13 dəq., Azərbaycan, İngilis, Rus dillərində, subtitrlər İngiliscə) – Bakının küçələrində iki kuir qadının susqunluqlar və görünməz baryerlər arasında yol axtarışı.

Home Within (2024), rejissor Mehriban Kərimova (6 dəq., Azərbaycan dilində, subtitrlər İngiliscə) – Gənc trans qadın Karmenin təhlükəsiz məkan axtarışı və kuir icmanın mənzilə çıxışdakı çətinlikləri.

Leave the Room Make a Mistake (2024), ejissor Vüsalə Hacıyeva (5 dəq., İngilis dilində, subtitrlər İngiliscə) – Transların ictimai məkanlarda yaşadığı narahatlıq və bunun yaratdığı psixoloji gərginliklər.

Bu seçim Azərbaycan kuir kinosu üçün mühüm anı ifadə edir. Filmlər yalnız bir ölkənin sosial reallığını deyil, həm də beynəlxalq tamaşaçı qarşısında görünürlük qazanmaq imkanını göstərir.

Powered by Froala Editor