Jonathan Bailey 2026-cı ildə aktyorluğa fasilə verir
Jonathan Bailey aktyorluqdan çox səmimi və yararlı bir səbəbə görə fasilə verir
14/Sep/25
102
Jonathan Bailey 2026-cı ildə aktyorluğa fasilə verir
Jonathan Bailey aktyorluqdan çox səmimi və yararlı bir səbəbə görə fasilə verir.
Bildiyimiz kimi, son bir neçə il sevimli britaniyalı istedad üçün çox uğurlu keçib.
2020-ci ildə Netflix-in “Regency” dövrünü əks etdirən Bridgerton serialında Anthony Bridgerton rolu ilə qlobal sensasiyaya çevrildikdən sonra, Bailey-nin şöhrəti Hollivud dairələrində sürətlə artıb.
Cəmi beş il ərzində 37 yaşlı aktyor “Fellow Travelers” (2023) filmində Timothy Laughlin, “Wicked” (2024) filmində Fiyero və ən son “Jurassic World Rebirth” (2025) filmində doktor Henry Loomis obrazı ilə böyük rəğbət qazanıb və tanınan açıq gey kişi aktyor kimi ən məşhur və ən çox rəğbət görən ulduz statusunu möhkəmləndirib.
2025-ci ildə “Wicked: For Good” filminin premyerası ilə iş qrafiki daha da sıx olacaq Bailey yeni ildən etibarən müvəqqəti olaraq prioritetlərini dəyişməyə hazırlaşır.
Son müsahibəsində GQ jurnalına danışan aktyor bildirib ki, o, bir müddət aktyorluqdan uzaqlaşaraq özünün yaratdığı The Shameless Fund fonduna diqqət ayıracaq. Bu fond brendlərlə əməkdaşlıq vasitəsilə LGBTQIA+ xeyriyyə təşkilatları üçün vəsait toplayır.
“Artıq təxminən üç ildir ki fasiləsiz işləyirəm. Bu həm inanılmaz, həm də möhtəşəm təcrübə olub. Amma hazırda dünyada baş verənlər fonunda gələn il bir müddət aktyorluğu dayandıracağam və yalnız Shameless Fund-a fokuslanacağam,” – deyə, o izah edib.
“Gələcək bir neçə ay ərzində əsas diqqətim komandanı formalaşdırmaq və uyğun insanları uyğun pozisiyalara gətirmək olacaq. Belə bir statistika var: Böyük Britaniyada yığılan hər 100 funt sterlinqin yalnız 1 pensi LGBTQ+ icmasına gedir. Bu barədə həqiqətən dərindən fikirləşərək çıxış yolları tapmaq lazım və səmimi qəlbdən inanıram ki, The Shameless Fund məhz məqsədə ən uyğun həll yollarından biridir.”
2024-cü ildə yaradıldığından bəri The Shameless Fund müxtəlif brend tərəfdaşlıqları sayəsində ilk ilində demək olar ki, 1 milyon ABŞ dolları toplamağa nail olub.
Powered by Froala Editor