Yazılarınızı gözləyirik!

“Minority Azərbaycan” LGBTQİ+ məzmununda köşə yazılarınızı dərc etməyə hazırdır! 

Şəxsi təcrübələrinizi, ölkədə və dünyada baş verən kuir hadisələrə münasibətinizi, yaxud maarifləndirici məzmunu əhatə edən yazılarınızın saytımızda paylaşılması üçün çağrı elan edirik. Yazılar daha öncə başqa platformalarda yayımlanmamış olmalıdır və ən azı 1, ən çoxu 3 səhifə təşkil etməlidir. 

Word formatında və Times New Roman 12 ölçülü şriftlə yazılmış mətnlərinizi [email protected] email ünvanına göndərə bilərsiniz. Qəbul iyul ayının 31-nə qədər davam edəcəkdir. 

Hər bir yazıya görə həvəsləndirici məbləğ nəzərdə tutulmuşdur. 



Powered by Froala Editor