Honq Konq eynicinsli nikahlar haqqında qanun layihəsini rədd edib

Honq Konq qanunvericiləri xaricdə evliliyini rəsmiləşdirən eyni-cinsli cütlüklərə hüquqlar verəcək qanun layihəsini rədd ediblər.

89 yerlik Qanunvericilik Şurasının 71 üzvü təklifin əleyhinə səs verib. Qanun layihəsi xaricdə evlənmiş cütlüklərə müəyyən hüquqlar, məsələn, xəstəxana ziyarəti hüququ verəcək qeydiyyat sisteminin yaradılmasını nəzərdə tutub..

Hökumət bu qanun layihəsini 2023-cü ilin sentyabrında çıxarılan məhkəmə qərarına əməl etmək üçün təqdim edib. Həmin qərara əsasən, hakimiyyətə eyni-cinsli ittifaqları tanımaq və onların əsas ehtiyaclarını ödəmək üçün hüquqi çərçivə yaratmaq məqsədilə iki il vaxt verilib. Bu qərar eyni-cinsli nikahların tanınmasından imtinanın ardından qəbul olunub.

Cavab olaraq, “Hong Kong Marriage Equality” təşkilatı bəyan edib: “Bu, Honq Konq üçün məyusedici gündür. Bu həm yerli, həm də beynəlxalq ictimaiyyətə narahatedici siqnal göndərir — yəni məhkəmə qərarları nəzərə alınmaya bilər və insanların ləyaqəti görməzdən gələ bilər.”

Qanun layihəsinin rədd olunması hökumətin 27 oktyabr son tarixdən əvvəl eyni-cinsli ittifaqları tanımağın yeni yolunu tapmalı olduğunu göstərir.

Powered by Froala Editor