BMT UNAIDS-i bağlamağı planlaşdırır
Birləşmiş Millətlər Təşkilatı İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) ləğv edir
24/Sep/25
304
BMT UNAIDS-i bağlamağı planlaşdırır
BMT-nin baş katibi António Guterres BMT sisteminin yenidən qurulması planını əks etdirən hesabat dərc edib. Mövzulardan biri UNAIDS-in bağlanmasıdır. İİV fəalları bu addıma qarşı bir məktub imzalayırlar.
"Dəyişən Paradiqmalar" adlı hesabat keçən cümə axşamı, sentyabrın 18-də dərc edilib. Mövzulardan biri Birləşmiş Millətlər Təşkilatının İİV/QİÇS üzrə Birgə Proqramının (UNAIDS) ləğvi ilə bağlıdır.
“Biz UNAIDS-i 2026-cı ilin sonuna qədər bağlamağı planlaşdırırıq. Bu, onun potensialının və təcrübəsinin 2027-ci ildə BMT-nin inkişaf sisteminin müvafiq strukturlarına inteqrasiyası deməkdir”, - hesabatda qeyd olunur.
Bu xəbər bütün dünyada İİV xidməti göstərən təşkilatlar üçün sürpriz olub.
UNAIDS-in Koordinasiya Şurasındakı QHT nümayəndə heyəti bu təklifi pisləyib. Fəallar vətəndaş cəmiyyəti nümayəndələrini epidemiyaya qarşı mövcud cavab böhranı şəraitində UNAIDS-i xilas etmək kampaniyasına qoşulmağa çağırırlar.
Powered by Froala Editor