Moskvada tələbəyə qarşı 10 propaqanda işi açılıb
Bundan əvvəl tələbəyə qarşı “nasizmin reabilitasiyası” maddəsi ilə artıq cinayət işi açılmışdı
02/Oct/25
67
Moskvada tələbəyə qarşı 10 propaqanda işi açılıb
Bundan əvvəl tələbəyə qarşı “nasizmin reabilitasiyası” maddəsi ilə artıq cinayət işi açılmışdı.
Moskvanın Butırski Rayon Məhkəməsi Rusiya Dövlət Sosial Universitetinin (RSSU) tələbəsi İlya Kostyakova qarşı 13 inzibati ittiham irəli sürüb. Onlardan 10-u “internetdə qeyri-ənənəvi cinsi münasibətlərin təbliği”, daha üçü isə “dini ədəbiyyatın, əşyaların və ya simvolların qəsdən ictimai şəkildə təhqir edilməsi” ilə bağlıdır.
Yekaterina Mizulina daha əvvəl Leninqradın mühasirəsi ilə bağlı TikTok videosu ortaya çıxanda Kostyakova diqqət çəkmişdi. Videoda tələbə kameraya baxır: “Fikirləşin... mühasirəyə alınmış Leninqrad sakinləri üç il köpüklü çaysız yaşayıblar...” Mizulina zarafatı “qəbuledilməz” adlandırıb və araşdırma aparılması üçün Daxili İşlər Nazirliyinə müraciət edib.
Powered by Froala Editor