Yaponiya eyni-cinsli cütlüklərin müdafiəsini genişləndirir

Yaponiya hökuməti eyni-cinsli cütlüklərə daha çox müdafiə təmin edib.

The Japan Times informasiya agentliyinə görə, hökumət Fəlakət Başsağlığı Təminatı qanunu da daxil olmaqla daha doqquz qanun çərçivəsində eyni-cinsli cütlükləri “de-fakto nikah” bağlamış kimi tanımaq qərarına gəlib.⁠ Bu barədı Gay Times məlumat verib. 

Son addım hökümətin 24 qanunun – Məişət Zorakılığının Qarşısının Alınması Aktı, Torpaq və Ev İcarəsi Aktı, Uşaqlara qarşı  Zorakılığın Qarşısının Alınması Aktı və İctimai Mənzil Aktı da daxil olmaqla – eyni-cinsli cütlüklərə şamil ediləcəyini müəyyən etdikdən aylar sonra baş verib.⁠

Son bir neçə ildə Yaponiyada yerli LGBTQİ+ icması nikah bərabərliyi uğrunda mübarizəyə başlayıb.⁠

Hazırda ölkə konstitusiyası nikahı “iki cins arasında qarşılıqlı razılıq” kimi müəyyən edir və nikah bərabərliyini tanımır.⁠

Powered by Froala Editor