SevilFest-dən uşaqlar üçün proqram
SevilFest "Dayan, sənə sözüm var” proqramını elan edib
07/Oct/25
56
SevilFest "Dayan, sənə sözüm var” proqramını elan edib
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı “Nadjima” Qadınlar Birliyi ilə birlikdə "Dayan, sənə sözüm var” proqramını elan edib.
Proqram 12-14 yaşlı uşaqlar üçün nəzərdə tutulub və uşaqlara fikir və hisslərini azad şəkildə ifadə etməyə, dostları ilə əməkdaşlıq etməyə və yaradıcılıqlarını inkişaf etdirməyə imkan yaradacaq.
Sevil festivalının məlumatına görə, kiçik tamaşalar, improvizasiya və hekayə qurma məşqləri vasitəsilə iştirakçılar həm özlərinə inamı gücləndirəcək, həm də kollektiv işin dəyərini kəşf edəcəklər.
“Bu dərslər uşaqların fantaziyasını, ünsiyyət bacarıqlarını və emosional ifadə imkanlarını inkişaf etdirmək üçün ideal platformadır. "Dayan, sənə sözüm var” hər uşağın öz səsini tapdığı bir yaradıcı səyahətdir.”
Dərsləri Ritual Teatr və Yaradıcılıq Laboratoriyasının təsisçisi, teatr rejissoru və pedaqoq, ADMİU müəllimi Aynur Zərrintac aparacaq.
Proqram 2 gün, 17 və 18 oktyabrda baş tutacaq və hər biri 3 saat davam edəcək.
Powered by Froala Editor