“Protect the Dolls” trans icması üçün 600 min dollar toplayıb
“Protect the Dolls” köynəyi trans icmasına dəstək üçün 600 min dollar toplayıb
09/Oct/25
40
“Protect the Dolls” köynəyi trans icmasına dəstək üçün 600 min dollar toplayıb
Hazırda məşhur olan “Protect the Dolls” (“Kuklaları qoruyun”) yazılı köynəklər trans icmasının dəstəklənməsi məqsədilə yüz minlərlə dollar vəsait toplayıb.
Bu ilin əvvəlində dizayner Connor Ives London Moda Həftəsində keçirilən AW25 kolleksiyasının nümayişini üzərində həmin ifadə olan köynəklə yekunlaşdırıb. “Dolls” (“kuklalar”) ifadəsi, adətən, LGBTQİ+ icması və müttəfiqləri tərəfindən trans qadınlara həmrəylik və dəstək məqsədilə istifadə olunur və Nyu-York ballroom mədəniyyətinə əsaslanır.
Fevralın 26-da dizayner bu köynəkləri Trans Lifeline xeyriyyə təşkilatına ianə toplamaq məqsədilə rəsmi saytında satışa çıxarıb. Sonrakı aylarda geyim Addison Rae, Haider Ackermann, Lisa Rinna, Madonna, Pedro Pascal və Troye Sivan kimi tanınmış şəxslər tərəfindən geyinilib.
Sentyabrın 26-da Connor Ives Instagram səhifəsində paylaşdığı məlumatda qeyd edib ki, “böhran vəziyyətində olan trans şəxslərə birbaşa emosional və maliyyə dəstəyi göstərən” Trans Lifeline təşkilatına 600 min ABŞ dollarından çox vəsait toplanaraq ianə edilib.
Məlumatda bildirilib ki, bu vəsait Trans Lifeline tərəfindən həyati əhəmiyyət daşıyan xidmətlərin maliyyələşdirilməsi, həmçinin 2023-cü ildən bəri ilk dəfə bütün ABŞ ərazisində trans insanlara mikroqrantlar vasitəsilə vəsait yönəldilməsi üçün istifadə olunacaq.
Paylaşımın sonunda qeyd olunub:
“Bu, yalnız başlanğıcdır. Kuklaları hər zaman qoruyun.”
Powered by Froala Editor