Rusiyada polis əməkdaşı partnyorunu öldürməkdə ittiham olunur
Rusiyanın Sverdlovsk vilayətində polis əməkdaşı keçmiş partnyorunu öldürməkdə ittiham olunur
10/Oct/25
53
Rusiyanın Sverdlovsk vilayətində polis əməkdaşı keçmiş partnyorunu öldürməkdə ittiham olunur
Rusiyanın Sverdlovsk vilayətində polis əməkdaşı öz keçmiş partnyorunu öldürməkdə şübhəli bilinərək saxlanılıb. Hadisə barədə yerli Ural Mash nəşri məlumat yayıb.
İlkin məlumatlara görə, yol polisi əməkdaşı Vadim adlı şəxs bir neçə il Marat adlı kişi ilə münasibətdə olub. Onların ayrılmasından sonra Vadim Krasnoturinsk şəhərindən olan Maksim adlı başqa biri ilə görüşməyə başlayıb.
Məlumata əsasən, keçmiş partnyorlar arasında son zamanlar mübahisə yaranıb. Maratın ortaq tanışlara onların münasibətini təsdiqləyən şəxsi fotolar göndərdiyi bildirilir. İddiaya görə, bu məlumatların yayılmasından ehtiyat edən Vadim və hazırkı partnyoru Maratı “danışmaq üçün” görüşə çağırıblar. Görüş zamanı mübahisə baş verib və nəticədə Marat boğularaq öldürülüb. Cəsəd avtomobildən kənara atılıb və yalnız bir həftə sonra tapılıb.
Hadisə ilə bağlı iki nəfər saxlanılıb, onlara qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, 2023-cü ilin noyabr ayında Rusiya Ali Məhkəməsi “beynəlxalq LGBT hərəkatını” ekstremist elan edib.
Powered by Froala Editor