Bakıda print şirkətlərindən homofobik rədd cavabı

“Onlar Əylənir” kuir media təşəbbüsünün qurucusu Nigar Səfərova paytaxtdakı bir neçə print şirkəti tərəfindən homofobik münasibət və rədd cavabı ilə üzləşib. Bu haqda o, Minority Azərbaycana məlumat verib.

Nigar “Onlar Əylənir” təşəbbüsü üçün bir neçə stiker çap etməyi qərara alıb . Stikerlərdən biri klassik LGBTQİ+ bayrağını və üzərində təşəbbüsün loqosunu əks etdirib. Adətən bu tip stikerləri ənənəvi print müəssisəsində çap etsə də, onların sifarişi çox olduğu üçün Nigar çap xidməti göstərən başqa məkanların axtarışına düşüb. Lakin iki müəssisədə neqativ cavabla qarşılaşıb.

“Birincisində dedilər ki, müdriyyət LGBTQ+ bayrağına icazə vermir, çap edə bilmərik. Daha sonra İçərişəhərdə başqa bir yerə müraciət etdim. Onlar da çıxara bilməyəcəklərini dedilər. 

Hesab edirəm ki, bunun yeganə səbəbi homofobiyadır”, - Nigar Səfərova qeyd edib. 

İkinci müəssisədə də sadəcə quru bir şəkildə həmin loqonu çap etməkdən imtina ediblər. Nigar Səfərova hesab edir ki, sadəcə belə məkanları boykot etməyə ehtiyac var. 

“Onlar Əylənir” kuir media təşəbbüsünün loqosu:


Powered by Froala Editor