Bakıdakı qətl hadisəsi LGBTQİ+ icmasında qorxu və qəzəb doğurub
Bakının Bəşir Səfəroğlu küçəsində Yasin İbadov - dostlarının Rüzgar deyə tanıdğı şəxs bıçaqlanaraq qətlə yetirilib
07/Nov/25
75
Bakıdakı qətl hadisəsi LGBTQİ+ icmasında qorxu və qəzəb doğurub
4 noyabr 2025-ci ildə Bakının Bəşir Səfəroğlu küçəsində Yasin İbadov - dostlarının Rüzgar deyə tanıdığı kuir vətəndaş bıçaqlanaraq qətlə yetirilib. Meydan TV-nin məlumatına görə, hadisəni qətlə yetirilən şəxsin əmisi törədib.
Mənbələr bildirir ki, 19 yaşlı Rüzgar, çoxsaylı bıçaq zərbələri alıb və hadisə yerində həyatını itirib. Şahidlər deyiblər ki, ətrafdakı insanlar hadisəyə müdaxilə etməyib və polis yalnız qətli törədən şəxsin özü zəng etdikdən sonra hadisə yerinə gəlib. Bildirilir ki, tibbi yardım da vaxtında və adekvat şəkildə göstərilməyib.
İlkin məlumatlara əsasən, Rüzgarın kuir olduğu, qətlin isə onun seksual orientasiyası ilə bağlı nifrət motivi daşıya biləcəyi ehtimal edilir. Məlumata görə, o, Şamaxı rayonundandır, bir neçə il Türkiyədə yaşayıb, lakin yaşayış icazəsinin müddəti başa çatdıqdan sonra Azərbaycana qayıdıb. RüzgarTürkiyədə olduğu dövrdən etibarən əmisi və əmisi oğlu tərəfindən təhdid edilirmiş.
Qətli törədən şəxsin daha əvvəl məhkumluq həyatı yaşadığı bildirilir. Daxili İşlər Nazirliyi isə hadisə ilə bağlı rəsmi açıqlama yaymayıb.
Bu hadisə Azərbaycanda LGBTQİ+lara qarşı zorakılıq və nifrət cinayətləri mövzusunu yenidən gündəmə gətirib. Beynəlxalq insan hüquqları təşkilatları uzun illərdir ölkədəki kuirfobiya və cəzasızlıq hallarını tənqid edir.
ILGA-Avropanın bu ilki “Göy Qurşağı Xəritəsinə” əsasən, Azərbaycan 49 Avropa ölkəsi arasında sonuncu yerdə qərarlaşıb.
Powered by Froala Editor