Murad Arif və Samra öldürülən Rüzgar haqqında paylaşım edib

Müğənni və bəstəkar Murad Arif və müğənni Səmra Rəhimli kuirfobiya zəminində qətlə yetirilən Rüzgar haqqında öz Instaqram hesablarında paylaşım ediblər.

Murad Arif yazıb:

 “Bakıda bir Queer gənc əmisi tərəfindən bıçaqlanaraq öldürülüb. 19 yaşı vardı. Həyat dolu idi. Öz həyatı, öz seçimləri, öz haqları vardı. Lakin fərqləndiyi üçün həyatı yarıda kəsdirildi. Cəmiyyət olaraq gedəsi yolumuz varmış demək. “Nifrət” əvəzinə “ANLAYIŞ VƏ SEVGİ” öyrənməliyik hələ. Amma bu “uşağın” həyatı geri dönməyəcək. Təəssüf…

HOMOFOBİYA ÖLDÜRÜR!”

Səmra Rəhimli (Samra) bunları qeyd edib: 

“Bir gəncin həyatı nifrətin qurbanı oldu… 19 yaşında bir insan sadəcə özü olduğu üçün həyatını itirdi. Heç kim özü olduğu üçün ölməməlidir. Sevgi günah deyil. Ruhun şad olsun, Rüzgar.

Hər kəs insani dəyərlər və hüquqlar baxımından azad və bərabər doğulur! Hər bir insan təhlükəsiz yaşamaq haqqına malikdir! 

Bərabərik! 

Nə az, nə çox

Bərabərik

Üstünlük yox!!!”

Powered by Froala Editor