Qazaxstan "LGBTQİ+ təbliğatını" qadağan edir
Qazaxstan parlamentinin aşağı palatası (Mäjilis) “qeyri-ənənəvi seksual münasibətlərin təbliği” adlandırılan fəaliyyətlərin qadağan edilməsini nəzərdə tutan dəyişiklikləri qəbul edib
13/Nov/25
45
Qazaxstan "LGBTQİ+ təbliğatını" qadağan edir
12 noyabr tarixində Qazaxstan parlamentinin aşağı palatası (Mäjilis) “qeyri-ənənəvi seksual münasibətlərin təbliği” adlandırılan fəaliyyətlərin qadağan edilməsini nəzərdə tutan dəyişiklikləri qəbul edib. Qanun layihəsi prezidentin imzalaması üçün qanuna çevrilməzdən əvvəl Senatda müzakirə olunacaq.
Qeyd edək ki, Noyabr ayının əvvəlində Parlamentin işçi qrupu “ənənəvi olmayan münasibətlərin və pedofiliyanın təbliğatı” kimi təsnif etdiyi fəaliyyətlərə görə cərimə və təkrarlanan hallarda 10 günə qədər həbs cəzası nəzərdə tutan qanun layihəsini ilkin mərhələdə təsdiqləyib.
Qanun dəyişikliyi Rusiyada və bir sıra digər postsovet ölkələrində qəbul edilmiş oxşar məhdudiyyətləri təkrarlayır. Qazaxıstan parlamentində hökumətə sadiq deputatlar çoxluq təşkil etdiyi üçün layihənin plenar iclasda da asanlıqla qəbul edilib.
Qanunun qüvvəyə minməsi üçün sənəd prezident Kassım-Jomart Tokayev tərəfindən imzalanmalıdır. Tokayev son aylarda “ənənəvi dəyərlərin qorunmasını” dəstəklədiyini dəfələrlə bəyan edib.
Powered by Froala Editor