Miss Norveçin “qızılbalıq” kostyumu gündəm olub
Miss Norveç Leonora Lysglimt-Rødland nəhəng norveç qızılbalığı formasında səhnəyə çıxaraq sosial şəbəkələrdə geniş müzakirə yaradıb
22/Nov/25
68
Miss Norveçin “qızılbalıq” kostyumu gündəm olub
Miss Universe 2025 müsabiqəsinin milli kostyum təqdimatında Miss Norveç Leonora Lysglimt-Rødland nəhəng norveç qızılbalığı formasında səhnəyə çıxaraq sosial şəbəkələrdə geniş müzakirə yaradıb.
Qızılbalıq mövzulu kostyum Norveçin balıqçılıq ənənələrinə və ölkənin ən böyük ixrac sahəsinə istinad edir. Səhnədəki çıxışı sosial mediada “camp”, “drag səviyyəsində kreativlik” və “runway şousu” kimi şərhlərlə alqışlanıb.

Kostyumun vizuallığı kuir icma arasında da xüsusi maraq doğurub, çünki çıxışın tərzi və estetikası drag və camp üslubunu xatırladır.
Bu il Miss Universe müsabiqəsi daha inklüziv formatda keçirilib: yaş limiti ləğv edilib, müsabiqə həmçinin evli qadınların, anaların və trans qadınların iştirakına açıqdır.
Powered by Froala Editor