İmecin Dreqonsun (Imagine Dragons) üzvü Den Reynolds dini liderləri homoseksualların müalicə terapiyasını rədd etməyə çağırır.

 

İmecin Dreqonsun müğənnisi Den Reynolds dini liderləri gey müalicə terapiyasından imtina etməyə çağırdı. 

Mormon Kilsəsinin üzvü və LGBTİ hüquqlarının güclü müttəfiqi olan Reynolds Utah şəhərində konversiya müalicəsini qadağan edən qanunun ləğv olunması təklifindən sonra çıxış etdi. 

İmecin Dreqonsun müğənnisi Den Reynolds: “Pravoslav liderləri konversiya terapiyasını qınamalıdırlar.”

Reynolds ismarıclarını Tvitterdə paylaşıb: "Dünyanın dini liderlərini bərabərlik üçün ayağa qalxmağa çağırıram. Həqiqi bərabərlik - boş sevgi sözləri deyil, LGBTQİ gəncliyimizə  "günahsız" və mükəmməl olduqlarını göstərən ifadələr və hərəkətlərdir”.


"Bu dəyişikliklər pravoslav doktrinalarına daxil edilmədikcə, LGBTQİ gənclərimiz arasında intihar və depressiya/təşviş hallarının artdığını görməyə davam edəcəyik.”

 

Reynolds: "Bütün pravoslav din rəhbərləri konversiya terapiyasını inkar etmədikcə və LGBTQ gənclərimizi sıralarımıza qəbul etmədikcə biz pravoslav inancından uzaqlaşan böyük bir axının şahidi olacağıq”, - deyə əlavə etdi.