Türkiyədə trans fəala “əxlaqsızlıq” hökmü verilib
Türkiyədə tanınmış trans hüquq müdafiəçisinə “əxlaqsızlıq” ittihamı ilə həbs cəzası verilib
26/Nov/25
71
Türkiyədə tanınmış trans hüquq müdafiəçisinə “əxlaqsızlıq” ittihamı ilə həbs cəzası verilib
Türkiyədə tanınmış trans hüquq müdafiəçisi “əxlaqsızlıq” ittihamı ilə həbs cəzasına məhkum edilib. Vəkillər bu qərarı ölkədə LGBTQİ+ icmasına qarşı sistemli təzyiqlərin bir hissəsi kimi qiymətləndirir.
Ankaranın 48-ci Sülh Cinayət Məhkəməsi Janset Kalan-a beş ay həbs cəzası və 400 lirə (təxminən 16 AZN) məbləğində cərimə verib. Hökmün elan edilməsi şərti olaraq təxirə salınıb.
İttihamlar Kalan-ın özünə aid olmadığını dediyi sosial media hesabında paylaşılan bir fotoya əsaslanır. İttiham aktında şəkildə onun “ayaqlarının və sinə dekoltesinin görünməsi”nin “əxlaqsızlıq” üçün əsas olduğu iddia edilir — hüquq müdafiəçiləri bunu əsassız və ayrı-seçkilikçi yanaşma adlandırır.
Qərar Türkiyənin müxtəlif şəhərlərində qadınların 25 noyabr – Qadınlara Qarşı Zorakılığın Ləğvi Beynəlxalq Günümünasibətilə keçirdiyi aksiyalarla eyni vaxta təsadüf edib. Aktivistlər bunu “dövlətin gender bərabərliyinə qarşı düşmən münasibətinin növbəti göstəricisi” kimi qiymətləndiriblər.
Məhkəmədən sonra LGBTQİ+ təşkilatı Kaos GL-yə danışan Kalan belə deyib: “İddia edilən cinayət sadəcə ayaqlarımın və sinə dekoltemin görünməsidir. Bu, dəhşətlidir. Bu məntiqə görə heç kim mini yubka, nazik qollu paltar və ya bikini geyinə bilməyəcək.”
Powered by Froala Editor