Rusiyanın “oyunlara qarşı müharibəsi” davam edir
Rusiya hökuməti Roblox-u “LGBTİ+ təbliğatı” səbəbilə bloklayıb
07/Dec/25
80
Rusiyanın “oyunlara qarşı müharibəsi” davam edir
Rusiya hökuməti Roblox-u “LGBTİ+ təbliğatı” səbəbilə bloklayıb.
Rusiya hökuməti populyar oyun platforması Roblox-a girişə qadağa qoyub və qərarın əsas izahlarından biri kimi “LGBTİ+ təbliğatı”nı göstərib. Kreml son illərdə həm Ukraynaya qarşı müharibəni, həm də ölkə daxilində “qeyri-arzuolunan” saydığı insanlar, təşkilatlar, mədəniyyət və texnologiya platformalarını hədəfə alması ilə yadda qalır — indi isə növbə dünyanın ən böyük oyun platformalarından birinə çatıb.
Roskomnadzor-un açıqlamasına görə, gündəlik 85 milyon aktiv istifadəçisi olduğu təxmin edilən Roblox “uşaqların inkişafına mənfi təsir göstərən uyğunsuz məzmunlarla”, “şiddətə çağırışlarla” və “LGBT təbliğatı ilə” doludur. Rusiya qanunvericiliyi belə məzmunları “ekstremist” kimi tanıyır və platformanı bloklamaq üçün bu arqumentlər yetərli sayılır.
Roblox-un qadağan olunması Rusiyaya xas deyil. Çin və Qətərdən sonra 2024-cü ilin avqustunda Türkiyə də platformanı “uşaq istismarı riskləri” bəhanəsi ilə bloklamışdı. Lakin Rusiyanın qərarı, xüsusilə LGBTQİ+ icmasını hədəf alan genişlənmiş senzura kampaniyasının növbəti mərhələsi kimi qiymətləndirilir.
Powered by Froala Editor