Rusiya polisi LGBTİ mərkəzinə basqın edib
Rusiya polisi LGBTİ mərkəzinə basqın edib və içəridəki hər kəsi nəzarət altına alıb
28/Mar/19
6584
Rusiya polisi LGBTİ mərkəzinə basqın etdi və içəridəki hər kəsi nəzarət altına aldı
Polis ofisdə tapılan materialları müsadirə edir və təşkilatçıları dindirməyə aparır.
Polis bu gün Rusiyanın Arxangelsk şəhərində LGBTİ mərkəzinə basqın edib.
Səlahiyyətlilər iddia edilən “şikayət”dən sonra icma mərkəzinə, Rakursa gəldi.
Rakursun sözçüsü "Gay Star News" xəbər portalına bildirib ki, hadisə yayımlanma zamanı da hələ davam edirmiş.
Vəzifəli şəxslər LGBTİ icmasına konsultasiya verən mərkəzə gəlib ofisin təftiş edilməsini tələb ediblər.
Könüllülərin, hüquqşünasların və həmçinin beş ziyarətçinin ofisi tərk etməsinə maneə törədilib.
Polis nəfərləri mərkəzdə materialları yoxlayır və müsadirə edirlər.
Arxangelsk vilayətinin Daxili İşlər Nazirliyinin İnformasiya Əlaqələri şöbəsinin müdiri İvan Rasputin şərh verməkdən imtina edib.
Səlahiyyətlilərin şərhə cavab vermələri üçün yeddi günü var.