Brigitte Macron-a qarşı transfob qısnamaya görə 10 nəfəri təqsirli bilinib
Paris məhkəməsi Brigitte Macron-a qarşı transfob qısnamaya görə 10 nəfəri təqsirli bilib
10/Jan/26
73
Paris məhkəməsi Brigitte Macron-a qarşı transfob qısnamaya görə 10 nəfəri təqsirli bilib
Yanvarın 5-də Paris məhkəməsi 10 nəfəri Fransanın Birinci xanımı Brigitte Macron-a qarşı onlayn qısnama və böhtanda təqsirli bilib. Onlar Brigitte Macron-un trans qadın olması ilə bağlı saxta iddialar yayıblar.
Reuters yazır ki, Brigitte Macron və həyat yoldaşı — Fransa prezidenti Emmanuel Macron — son illər bu tip dezinformasiya kampaniyalarının hədəfinə çevriliblər. Cütlük arasındakı 24 yaş fərqi də tez-tez qısnama və istehza mövzusu olub.
Macron-lar uzun müddət bu hücumları görməzdən gəlsələr də, son dövrlərdə hüquqi addımlara üstünlük veriblər. 2026-cı ilin əvvəlində çıxarılan məhkəmə qərarı onların mövqeyini gücləndirib. Cütlük ABŞ-li sağçı influenser və podkaster Candace Owens-ə qarşı da böhtan iddiası qaldırıb. Owens də Brigitte Macron-un trans qadın olduğunu iddia edib.
Məhkəmə səkkiz kişi və iki qadını Brigitte Macron-un genderi və seksual kimliyi ilə bağlı zərərli şərhlər yaymaqda, həmçinin onun həyat yoldaşı ilə yaş fərqini pedofiliya ilə eyniləşdirməkdə təqsirli bilib. Onlara səkkiz aya qədər şərti cəza verilib.
Powered by Froala Editor