Pentaqon seks oyuncaqları ilə bağlı sex-şopa müraciət edib
ABŞ hərbçilərinə göndəriş dayandırılıb
14/Jan/26
49
Pentaqon seks oyuncaqları ilə bağlı sex-şopa müraciət edib
ABŞ Müdafiə Nazirliyi Kanadada yerləşən onlayn seks-şopa rəsmi məktub göndərərək, ABŞ hərbçilərinə seks oyuncaqlarının çatdırılmasının dayandırılmasını tələb edib. Səbəb isə ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyn Krallığı ərazisindəki bazasında yoxlama zamanı “qadağan olunmuş məhsulların” aşkar edilməsi olub.
Toronto mərkəzli Bonjibon sex-şopunun qurucusu Grace Bennett sosial şəbəkələrdə paylaşdığı videoda bildirib ki, Pentaqon adından göndərilən iki rəsmi məktub alıb. Məktublar ABŞ ordusunun adından, lakin Bəhreyn qanunvericiliyinə istinad edilərək göndərilib.
Bennett-in sözlərinə görə, poçt nəzarəti zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndəki bazasında bir “butt plug” və “bullet vibrator” aşkar edilib. Bəhreyndə pornoqrafik materiallar və seksual məhsullar qanunla qadağandır. Məhsullar müsadirə edilərək geri qaytarılıb.
Məktubda “rentgen yoxlaması zamanı aşkarlanmış böyüklər üçün məhsul” başlığı ilə qeyd olunub ki, “pornoqrafik materiallar və ya cihazlar Bəhreyn Krallığına buraxıla bilməz”. Bennett məktubdakı ifadələri oxuyaraq bildirib ki, məhsullar “həyat və sağlamlıq üçün dərhal təhlükə yaradan əşyalar” kimi təsnif edilib.
Grace Bennett deyir ki, sifarişin birbaşa Bəhreynə göndərildiyindən xəbəri olmayıb. Onun ehtimalına görə, məhsullar əvvəlcə ABŞ ünvanına çatdırılıb, daha sonra xaricdə xidmət edən amerikalı hərbçilərə yönləndirilib.
Hadisədən sonra Bonjibon açıqlama verərək bildirib ki, bundan sonra bu tip məhsulların qadağan olunduğu ölkələrdə yerləşən ABŞ hərbçilərinə göndəriş edilməyəcək. Bennett sosial şəbəkədə “vibratorların qeyri-qanuni olduğu ölkələrdə xidmət edən əsgərlər” üçün sifarişlərin qəbul olunmayacağını deyib.
Bennett məktubları kənara atmaq əvəzinə, onları çərçivəyə salaraq ofisində nümayiş etdirdiyini bildirib və baş verənləri biznes fəaliyyəti dövründə yaşadığı “ən absurd və gülməli hadisələrdən biri” adlandırıb.
Powered by Froala Editor