Media etikası və LGBTQİ+ təmsilçiliyi
Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı xəbərin təhlili əsasında
27/Jan/26
56
Media etikası və LGBTQİ+ təmsilçiliyi
Problematik xəbər üzrə monitorinq
Bakıda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı xəbərin təhlili əsasında
Bu redaksiya monitorinq qeydi Azərbaycan mediasında LGBTQİ+ların təqdimatında müşahidə olunan sistemli etik pozuntuları sənədləşdirmək məqsədi daşıyır. Təhlil kuir-inklüziv jurnalistika prinsipləri və risk-əsaslı media monitorinqi yanaşması əsasında aparılıb.
Media Monitorinqi Matrisi

Bu niyə sistemli problemdir?
Bu nümunə Azərbaycan mediasında LGBTQİ+ların xəbər dəyəri olmayan kimlik üzərindən ifşa edilməsi, kriminal narrativlə damğalanması və ictimai qəzəb üçün hədəfə çevrilməsi kimi daha geniş struktur problemin bir hissəsidir.
Yüksək transfob mühitdə bu tip xəbərlər:
zorakılığı normallaşdırır,
cəzasız nifrət dilini təşviq edir,
medianı məlumatlandırıcı yox, təhlükə yaradan aktora çevirir.
Bu isə beynəlxalq media etikası öhdəlikləri ilə birbaşa ziddiyyət təşkil edir.
Etik olaraq necə təqdim edilməli idi?
Alternativ başlıq:
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər xəsarət alıb
Əsas prinsiplər:
Kimlik açıqlanmır
İddialar şərti və mənbəli təqdim olunur
Sensasionallıqdan qaçılır
Zərər riski nəzərə alınır
Powered by Froala Editor