Eks-deputatdan LGBTQİ+ icmasına qadağa çağırışı
Sabiq deputat LGBTQİ+ icmasının Azərbaycanda qadağan olunmasını tələb edib, TikTok sosial şəbəkəsini də bağlamağa çağırıb
10/Feb/26
39
Eks-deputatdan LGBTQİ+ icmasına qadağa çağırışı
Sabiq deputat LGBTQİ+ icmasının Azərbaycanda qadağan olunmasını tələb edib, TikTok sosial şəbəkəsini də bağlamağa çağırıb.
03 fevral 2026-cı il tarixində sosial şəbəkələrdə və kiçik media platformalarında yayılan müraciətdə sabiq deputat və politoloq Cümşüd Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanlanmış açıq məktub dərc edib. Məktubda Nuriyev əsasən gənclər arasında “əxlaq pozulması”nı və xarici onlayn məzmunun təsirini tənqid edib.
Nuriyev iddia edib ki, TikTok platformasında “əxlaqsız” istifadəçi profilləri gənclər üçün nümunə olur və bunun “faciə” ilə nəticələnə biləcəyini vurğulayıb. O, məktubunda Azərbaycan Prezidentindən və vitse-prezidentdən TikTok-un ölkədə bağlanmasını və LGBTQİ+ icmasının qadağan edilməsini tələb edib.
Onun sözlərinə görə, belə platformalar və “5-ci kolon” qəsdən milli kimliyi zədələmək məqsədilə bu cür xəbərləri və məzmunu təbliğ edir və bunun qarşısı dərhal alınmalıdır.
Powered by Froala Editor