Bakıda trans qadının qətli barədə məlumat gizlədilir
Bakıda trans qadının qətli barədə məlumatın mediada gizlədildiyi bildirilir
23/Feb/26
18
Bakıda trans qadının qətli barədə məlumatın mediada gizlədildiyi bildirilir
20 fevral tarixində Aydan adlı trans qadının bir oteldə qətlə yetirildiyi barədə məlumat yayılıb. QıyVaar-ın verdiyi məlumata görə, fakt dəqiqləşdirilsə də, mərhumun yaxın qohumlarından birinin vəzifəli şəxs olması səbəbindən hadisə barədə məlumatların mediada yer almadığı və gizli saxlanıldığı bildirilir.
Trans qadının qətli ilə bağlı məlumatın ictimaiyyətə açıq şəkildə çatdırılmaması kuirlərin, xüsusilə ən həssas qrup olan olan trans qadınların həyatının və təhlükəsizliyinin ictimai diskursda necə dəyərsizləşdirildiyini göstərir. Hadisə barədə rəsmi və ya media məlumatının olmaması, zorakılığın görünməz qalmasına, qurbanın kimliyinin silinməsinə və ictimai hesabatlılığın zəifləməsinə səbəb olur. Translara qarşı zorakılıq halları barədə məlumatların gizli saxlanılması, icma daxilində qorxu və özünü senzura mühitini gücləndirir.
Belə hallarda kuir kimlikləri tez-tez ya susdurulur, ya da ümumiyyətlə qeyd olunmur. Bu isə transların yalnız zorakılığa daha açıq vəziyyətdə qalması ilə nəticələnmir, eyni zamanda onların hüquqlarının və təhlükəsizlik ehtiyaclarının ictimai müzakirədən kənarda saxlanmasına gətirib çıxarır.
Powered by Froala Editor