Rusiyada LGBTQİ+ təşkilatı "Coming Out" "ekstremist" elan edilib
Rusiyada LGBTQİ+ hüquqları sahəsində fəaliyyət göstərən "Coming Out" təşkilatı "ekstremist" elan edilərək qadağan edilib
04/Mar/26
50
Rusiyada LGBTQİ+ hüquqları sahəsində fəaliyyət göstərən "Coming Out" təşkilatı "ekstremist" elan edilərək qadağan edilib
3 mart 2026-cı il tarixində Sankt-Peterburq Bölgə Məhkəməsi Rusiyada LGBTQİ+ hüquqları sahəsində çalışan vətəndaş cəmiyyəti təşkilatı "Coming Out"un fəaliyyətini "ekstremist" elan edərək qadağan edib. Rusiya Ədliyyə Nazirliyi tərəfindən keçən ay açılan iş məxfi sənəd statusu alıb. Məhkəmə jurnalistlərə bağlı keçirilib və işin təfərrüatları açıqlanmayıb.
"Coming Out"a qarşı açılan iş LGBTQİ+ aktivizmini "ekstremizm" çərçivəsinə salan bir modelin davamıdır. Burada kuir insanların hüquqlarını müdafiə etmək cinayət kimi, LGBTQİ+ kimliyi isə dövlət təhlükəsizliyinə təhdid kimi təqdim edilir. Məhkəmənin açıq keçirilməməsi və işin məxfi tutulması o deməkdir ki, nə ittihamların məzmunu, nə də qərarın hüquqi əsasları ictimai müzakirəyə açıq deyil.
"Coming Out", 2023-cü ildə Rusiya Federasiyası Ali Məhkəməsinin "beynəlxalq LGBTİ+ hərəkatını" ekstremist elan etdiyi qərarın ardından bu statusla qarşılaşan ilk LGBTQİ+ təşkilatı olub. 2023-cü ildəki qərar faktiki olaraq bütün açıq LGBTQİ+ aktivizmini qadağan edib. 2022-ci ildən etibarən "ənənəvi olmayan cinsi münasibətlərin" hər hansı formada tanıdılması qadağan edilib, LGBTQİ+ mövzulu veb-saytlar, podkastlər və nəşrlər bloklanıb, transların hüquqi gender adaptasiyası isə qanunla qadağan edilib. Hazırda Sankt-Peterburq və Samarada fəaliyyət göstərən daha iki LGBTQİ+ hüquqları təşkilatına qarşı oxşar işlər açılıb və məhkəmələrin tezliklıə qərar verməsi gözlənilir. "Coming Out" isə qadağaya baxmayaraq, Rusiyada yaşayan LGBTQİ+lara dəstəyini davam etdirəcəyini bildirib və açıqlamasında "icmanın hər cür hədəf göstərməkdən daha güclü olduğunu" qeyd edib.
Powered by Froala Editor