Rüzgarın qatili psixiatrik ekspertizadan keçirilməsini tələb edib 

Martın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elman Rüstəmovun sədrliyi ilə 19 yaşlı kuir gənc Rüzgarın (Yasin İbadovun) qətli ilə bağlı məhkəmə prosesi davam etdirilib. Prosesdə müttəhimin vəkili, Rüzgarı öldürməkdə ittiham edilən əmisi Babək İbadovun müdafiəçisi onun psixiatrik ekspertizadan keçirilməsi üçün vəsatət verib. Məhkəmə bu vəsatəti rədd edib. 

Müdafiə tərəfinin psixiatrik ekspertiza tələbi, dünyanın bir çox kuirfobik ölkəsinhüquq praktikasında tanınan bir sxemi xatırladır: cinayətin şəxsi məsuliyyəti psixi sağlamlıq bəhanəsi ilə arxa plana keçirilir, müttəhim həbsxana əvəzinə psixiatriya müəssisəsinə göndərilir. 

Rüzgarın qətli isə adi cinayət işi deyil. Belə ki, Rüzgarın kuir kimliyi bu cinayətin kontekstini birbaşa müəyyən edir. Belə hallarda müdafiənin "psixoloji vəziyyət" arqumentindən istifadəsi, qatilin hərəkətlərini dolayı yolla "anlaşılan" və ya "bağışlana bilən" kimi təqdim etmək riskini özündə daşıyır. Bu, kuir kimliyin dolayısı ilə ittihamının hüquqi mexanizmidir. Bununla da, zərərçəkənin deyil, qatilin vəziyyəti ön plana çəkilir.

Rüzgar 2025-ci ilin noyabrın 6-da Bakıda, "Tarqovı"nın yaxınlığında yerləşən Bəşir Səfəroğlu küçəsində əmisi Babək İbadov tərəfindən qətlə yetirilib. O, Türkiyədə yaşayırdı və yalnız pasportunu yeniləmək üçün 10 günlük Azərbaycana gəlmişdi.

Növbəti məhkəmə prosesi aprelin 1-nə təyin edilib. Cinayət işi üzrə sənədlərin tədqiqi mərhələsi başlayıb. 

Powered by Froala Editor