Vice Media holdinqinin bir hissəsi olan Broadly nəşriyyatı ilk gender-inklüziv fotostokun yaradıldığını elan etdi. Onun əsas vəzifəsi transgender və qeyri-binar şəxslərin fotoşəkillərinin təqdim olunması oldu.

 

Bütün şəkilləri Creative Commons lisenziyası üzrə pulsuz istifadə etmək mümkün olacaq, yeganə tələb isə şəkilmüəllifinin mütləq qeyd olunmasıdır. Layihə amerikalı rəssam və fotoqraf Zakari Drukerin dəstəyi ilə hazırlanıb. O, bütün qəhrəmanların fotolarını çəkib.

“Bizim fotostokumuz LGBTİ icmasının üzvlərini daha yaxşı göstərməkdə mediaya kömək etmək üçün yaradılıb. Onlar sadəcə genderlə özünü identifikasiya edən şəxslər deyil, həm də karyerası, münasibətləri, istedadları, maraqları və şəxsi həyatları olan şəxslərdir”, - Broadly saytının təsvirində deyilir.