Dünya Ailələri Konqresi anti-gey, pro-həyat kampaniyasını İtaliyada bir araya gətirir

 

Anti-LGBTİ konfransının iştirakçıları plastik dölü hədiyyə olaraq alacaqlar.

Dünya Ailələri Konqresi (World Congress of Families) bu gün Şimali İtaliyanın Verona şəhərində qapılarını iştirakçılarının üzünə açdı.


İtaliyanın Baş nazirinin müavini Matteo Salvini və Ailələr üzrə nazir Lorenzo Fontana builki panelçilər arasındadır.

Tədbirdə Avropa Parlamentinin sədri Antonio Tacani çıxış edəcəkdi. Lakin onun adı artıq siyahıda görünmür.

Üç gün davam edəcək tədbirdə Lusi Akello kimi LGBTİ hüquqlarına qarşı çıxan beynəlxalq natiqlər də iştirak edəcək.

Sosial İnkişaf üzrə kölgə naziri kimi Akello Uqandada geylərə ölüm və ya ömürlük həbs cəzası tələb edən qanunu dəstəkləyib.