Türkiyə LGBTQİ+ liderlərini "əxlaqsızlıq"da ittiham edir
Türkiyə LGBTQİ+ hüquqları assosiasiyasının 11 liderini "əxlaqsızlıq"da ittiham edərək mühakimə edir
10/Apr/26
283
Türkiyə LGBTQİ+ hüquqları assosiasiyasının 11 liderini "əxlaqsızlıq"da ittiham edərək mühakimə edir
Türkiyədə homoseksuallıq qanunla qadağan edilməsə də, LGBTQİ+ icması tez-tez hakimiyyət orqanlarının hədəfinə çevrilir, hakimiyyət icmanı ölkənin azalan doğum nisbətində günahkar hesab edir.
Türkiyə LGBTQİ+ hüquqları qrupunun on bir lideri "əxlaqsızlıq" və "ailə müdafiəsinin pozulması" ittihamları ilə çərşənbə günü mühakimə olunub. Bunu onların vəkili AFP agentliyinə bildirib.
Genç LGBTQİ+ assosiasiyasının rəhbərlərə Türkiyə konstitusiyasının ailə dəyərlərinin qorunmasına dair maddəsini pozduqları, eləcə də sosial mediada eyni-cinsli cütlüklərin öpüşdüyünü göstərən şəkillər yayaraq "əxlaqsızlığa" yol verdikləri iddia olunur.
Təqsirkar kimi tanınarlarsa, onlar İzmir məhkəməsi tərəfindən üç ilə qədər həbs cəzası və hüquqlarının məhdudlaşdırılması ilə üzləşə bilərlər.
Türkiyədə homoseksuallıq qanunla qadağan edilməyib, lakin LGBTQİ+ icması Prezident Recep Tayyib Erdoğan və onun hakim AKP partiyası tərəfindən tez-tez hədəfə alınır.
Assosiasiyasının vəkili Kerem Dikmen deyib: "Bu məhkəmə prosesi LGBT+ insanları ictimai həyatdan kənarlaşdırmaq siyasətindən irəli gəlir."
Özü də qrupun nəzarət şurasının üzvü kimi mühakimə olunan Dikmen əlavə edib: "Bu, ifadə azadlığına və birləşmə azadlığına qarşı hücumdur."
"Məsələ əxlaqsızlıq deyil. Tamamilə qanuni, legitim və konstitusiyaya uyğun fəaliyyətlər cinayətə çevrilir. Bu, insanlıqdan çıxarma formasıdır," — deyə o vurğulayıb.
LGBTQİ+ hüquqları müdafiəçiləri eyni ittihamlara əsaslanaraq keçən ilin dekabr ayında assosiasiyasının ləğvinə dair çıxarılmış başqa bir məhkəmə qərarına da etiraz ediblər.
Dikmen qeyd edib: "Biz insan hüquqlarını müdafiə etməkdən əl çəkməyəcəyik. Lakin onlar bizim vasitəmizlə cəmiyyətə mesaj çatdırmağa çalışırlar."
İşə dair növbəti dinləmənin oktyabrın 14-ünə təyin edildiyi bildirilir.
Powered by Froala Editor