Rumıniya məhkəməsi sterilizasiya tələbi olmadan tranzisiyanı tanıyıb

İkili vətəndaşlığa malik tarix müəllimi Arian Mirzarafie-Ahi Böyük Britaniyada leqal tranzisiya etdikdən sonra vətənində genderinin tanınması üçün demək olar ki, altı il müddətində məhkəmə mübarizəsi aparıb.

Rumıniya və Böyük Britaniya ikili vətəndaşlığına malik tarix müəllimi Arian Mirzarafie-Ahi Böyük Britaniyada leqal tranzisiyadan sonra vətənində genderinin tanınması uğrunda apardığı demək olar ki, altı illik hüquqi mübarizəni qazanıb. Bunu yerli xəbər portalı Spot məlumat verib.

Spot portalının yazdığına görə, Buxarestin 6-cı sektor məhkəməsi və Buxarest Tribunalı Rumıniya dövlətinin kişiyə yeni doğum şəhadətnaməsi verməli olduğuna qərar verib. Bunu daha əvvəl Avropa İnsan Hüquqları Məhkəməsi tələb etmişdi.

Mirzarafie-Ahi Böyük Britaniya hələ Avropa Birliyinin üzvü olduğu 2020-ci ildə Britaniya sənədlərini kişi adına dəyişdirib. Bu əsasla o, rumın sənədlərinin də dəyişdirilməsini tələb edib, lakin rədd cavabı alıb. Belə ki, Rumıniyada sənəd dəyişikliyi üçün sterilizasiyanı məcburi edən köhnə norma hələ də qüvvədədir.

Mirzarafie-Ahi Accept Assosiasiyasının dəstəyi ilə məhkəmə yolu ilə sənəd dəyişikliyinə nail olmağa çalışıb və 2024-cü ildə AİHM-də tarixi qərara imza adıb. Məhkəmə bütün AB üzvü ölkələrin digər ölkələrdə aparılmış qanuni gender tranzisiyasını tanımalı olduğuna hökm edib.

O vaxtdan iki il keçib və nəhayət, milli məhkəmə həmin qərarı təsdiqləyib. İndi Arian Mirzarafie-Ahi  vətəndaşı olduğu hər iki ölkənin düzgün sənədlərini alacaq.

Powered by Froala Editor