Məhkəmə LGBTQİ+ aktivisti Janar Sekerbayevanı təqsirli bilib

Aprelin 23-də Astana məhkəməsi LGBTQİ+ aktivisti Janar Sekerbayevanı ona hücum etmiş homofoblar qrupuna hücum etməkdə təqsirli bilib. Məhkəmə Sekerbayevaya 173.000 tenge (371 ABŞ dolları) məbləğində cərimə təyin edib.

2025-ci ilin sonlarında Janar Sekerbayeva aqressiv bir qrup insanın hücumuna məruz qalıb. Sekerbayeva və digər aktivistlər kafedə çay içərkən naməlum şəxslərin hücumuna məruz qalıblar. Hücum edənlər  anti-LGBTQİ+ şüarlar səsləndiriblər.

Hadisənin video yazıları və fotoşəkilləri ilə məhkəmə qərarı arasında bir sıra ziddiyyə yaranıb. Sekerbayeva hücumla bağlı araşdırma tələb edərək hüquq-mühafizə orqanlarına şikayət ərizəsi verib, lakin onun şikayəti rədd edilib. Hücum edənləri məsuliyyətə cəlb etmək əvəzinə, Sekerbayevaya qarşı cinayət işi açılıb. Hücum edənlər video və foto sübutların olmasına baxmayaraq, məhkəmədə zərərçəkmiş kimi tanınıblar. 

Powered by Froala Editor