Aktyor Niyaz Novruzov LGBTQİ+fobik dildən istifadə edib
Aktyor Niyaz Novruzov müsahibəsində LGBTQİ+fobik dildən istifadə edib
30/Apr/26
43
Aktyor Niyaz Novruzov müsahibəsində LGBTQİ+fobik dildən istifadə edib
Müsahibə əsasən Novruzovun Bakı Uşaq və Gənclər Teatrındakı karyerasına yönəlib. Lakin, onun peşəkar "sərhədləri" və "kompleksləri" barədə danışarkən aktyor açıq şəkildə LGBTİ+ icmasını hədəf alan ritorikaya keçib.
Novruzov kuir insanları təsvir etmək üçün "üzdəniraq" ifadəsindən istifadə edib. O, şəxsi "kompleksləri" və obrazını bu cür rollarla əlaqələndirməkdən imtina etməsini əsas gətirərək, kuir icmaya məxsus hər hansı bir obrazı oynamaqdan imtina etdiyini açıq şəkildə bildirib.
Novruzov şəxsi seçimlərindən başqa, LGBTQİ+ mövzularının ictimai həyatdan tamamilə çıxarılmasını müdafiə edərək deyib: "Mən bu cür obrazların ekrana və ya teatra gətirilməsinin və ya ümumiyyətlə təbliğ olunmasının tərəfdarı deyiləm."
Powered by Froala Editor