Britaniya Səfirliyi 17 May bəyanatı yayıb
“Heç kim sadəcə özü olduğu üçün nifrətlə üzləşməməlidir”
17/May/26
38
Britaniya Səfirliyi 17 May bəyanatı yayıb
“Heç kim sadəcə özü olduğu üçün nifrətlə üzləşməməlidir”
Birləşmiş Krallığın Bakıdakı Səfirliyi öz sosial media hesablarında 17 May Beynəlxalq Homofobiya, Bifobiya və Transfobiya ilə Mübarizə Günü münasibətilə bəyanat paylaşıb.
Səfirliyin mesajında deyilir:
“Bakıdakı Britaniya Səfirliyi bu gün dünya üzrə icmalara qoşularaq sadə, lakin həyati bir həqiqəti bir daha təsdiq edir: hər kəsin, hər yerdə azad yaşamaq, açıq sevmək və qorxu hiss etmədən özünü ifadə etmək haqqı var. İnsan haqları şərti deyil. Ləyaqət qazanılmalı olan bir şey deyil. Və heç kim sadəcə özü olduğu üçün nifrətlə və ya zərərlə üzləşməməlidir. Bu gün və hər gün biz bərabərliyin tərəfində dayanırıq və nifrətin yerinə sevgini seçirik.”
Powered by Froala Editor