Türkiyəli müğənni Mabel Matiz saxlanılıb
İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan "narkotik" istintaqı çərçivəsində çoxsaylı şəxslər haqqında həbs qərarı verilib
25/May/26
47
Türkiyəli müğənni Mabel Matiz saxlanılıb
İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan "narkotik" istintaqı çərçivəsində çoxsaylı şəxslər haqqında həbs qərarı verilib. Müğənni Mabel Matiz istintaq çərçivəsində saxlanılıb. Bu barədə KaosGL məlumat verib.
İstanbul Baş Prokurorluğu tərəfindən məşhurları hədəf alan "narkotik" istintaqı çərçivəsində 25 nəfər haqqında həbs qərarı verilib. Müğənni Mabel Matiz də istintaq çərçivəsində saxlanılıb.
Qeyd edilib ki, "narkotik və ya stimullaşdırıcı maddələrin alınması, qəbul edilməsi və ya saxlanması, yaxud narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə" və "narkotik və ya stimullaşdırıcı maddələrin istifadəsinə kömək etmək" cinayətlərinə görə 25 nəfər saxlanılıb.
İstanbul Bakırköy Baş Prokurorluğunun verdiyi açıqlamada deyilibb ki, narkotik maddələrin istifadəsinə kömək edən, yer təmin edən və istifadə edən şəxslərlə bağlı istintaq çərçivəsində İstanbul İl Jandarma Komandanlığına 25 nəfərin saxlanılması, axtarış aparılması, bioloji müayinələrin aparılması və ifadələrinin alınması tapşırıldığı bildirilib. Bu çərçivədə İstanbulun Beşiktaş, Sarıyer, Beyoğlu, Kağıthane və Üsküdar rayonlarında 24 fərqli ünvanda, eləcə də Muğlada bir ünvanda əməliyyatların keçirildiyi açıqlanıb.
Powered by Froala Editor