İran FİFA-dan qürur bayraqlarının qadağan edilməsini istəyib
İran FİFA-dan Dünya Kuboku oyunlarında qürur bayraqlarının qadağan edilməsini istəyib
26/May/26
28
İran FİFA-dan Dünya Kuboku oyunlarında qürur bayraqlarının qadağan edilməsini istəyib
İran Futbol Federasiyası ölkənin ABŞ, Kanada və Meksikada keçiriləcək 2026-cı il Dünya Kubokunda iştirakı ilə bağlı şərtlər siyahısını FIFA ilə paylaşıb. Siyahıda LGBTQİ+ qürur bayraqlarının qadağan edilməsi də yer alıb.
Out Sports-un məlumatına görə, İran İslam Respublikasının Futbol Federasiyası (FFIRI) FIFA-ya yarışda "inanclarımızdan, mədəniyyətimizdən və əqidələrimizdən geri çəkilmədən" iştirak edəcəyini bildirib və ev sahiblərinin "narahatlıqlarımızı nəzərə almalı" olduqlarını təkid edib.
İranın iştirakı üçün 10 tələbdən ibarət siyahı FFIRI-nin prezidenti Mehdi Tacın aprel ayında Vankuverdə keçirilən FIFA Konqresi zamanı Kanadaya girişinə icazə verilməməsindən sonra yayımlanıb.
FFIRI-nin tələblərindən biri İran oyunu zamanı yalnız rəsmi olaraq tanınan bayraqların, o cümlədən stadionda azarkeşlər tərəfindən daşınan bayraqların nümayiş etdirilməsi olub. Bununla da, İran oyunlar zamanı LGBTQİ+ Qürur bayraqları qadağan edilməsini istəyib.
Powered by Froala Editor