Kanada ilk dəfə olaraq Avroviziyada iştirak edəcək
Kanada rəsmi olaraq 2027-ci ildə Avroviziyada debüt edəcək
04/Jul/26
25
Kanada ilk dəfə olaraq Avroviziyada iştirak edəcək
Kanada rəsmi olaraq 2027-ci ildə Avroviziyada debüt edəcək. Bu baərəd Avropa Yayım Birliyi (EBU) və Kanadanın CBC/Radio-Canada yayım şirkəti məlumat verib. Ölkə 2015-ci ildə Avroviziyaya qatılan Avstraliyadan sonra müsabiqəyə qoşulan ilk yeni iştirakçı olacaq.
Debüt CBC/Radio-Canada-ya EBU-nun tam üzvlüyü verildikdən sonra mümkün olub. Müsabiqədə iştirak yalnız Avropa ölkələri ilə məhdudlaşmır, iştirak hüququ milli yayımçının Avropa Yayım Birliyinə üzvlüyü ilə bağlıdır. Kanada təmsilçisinin seçilməsi ilə bağlı detalların bu ilin sonlarında açıqlanması gözlənilir.
Powered by Froala Editor