Gürcüstanın Baş naziri: "LGBT təbliğatı" Avropanın böhran səbəblərindəndir

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının son qətnaməsinə cavab verərkən Avropa Birliyinin üzləşdiyi böhranın səbəbləri barədə də danışıb. 1TV.ge-nin məlumatına görə, Kobaxidze bildirib ki, "qeyri-rəsmi oliqarxik təsirlərə" tabe olan Avropa ölkələri iqtisadi tənəzzülə, kimlik böhranına və dəyərlər sistemində sarsıntıya məruz qalıb.

Bu kontekstdə Baş nazir "psevdo-liberal ideologiyanın yayılması", "LGBT təbliğatı", məcburi miqrant qəbulu və dövlət suverenliyindən imtina kimi halları Avropanın üzləşdiyi böhranın nəticələri arasında sadalayıb. Bu barədə AZƏRTAC məlumat verib. O əlavə edib ki, 2008-ci ildə dünya iqtisadiyyatında Avropa Birliyinin payı 30 faiz təşkil edirdisə, bu göstərici indi 18 faizdən aşağı düşüb.

Powered by Froala Editor