Türkiyədə LGBTQİ+ barına polis basqını olub
Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən LGBTQİ+ barına polis basqını olub
30/Jul/26
51
Türkiyədə LGBTQİ+ barına polis basqını olub
Türkiyənin paytaxtı Ankara şəhərində fəaliyyət göstərən LGBTQİ+ barına polis basqını olub. Barla bağlı aparılan istintaq çərçivəsində yeddi nəfər həbs edilb. Ankara Baş Prokurorluğu istintaqın CİMER (Prezidentliyin Kommunikasiya Mərkəzi) vasitəsilə göndərilən vətəndaş bildirişləri və sosial media paylaşımlarının araşdırılmasından sonra başladığını açıqlayıb.
Prokurorluq istintaqın LGBTQİ+ məkanında "seksual məqsədli əyləncənin təşkil edildiyini" və "ədəbsiz və ictimai əxlaqa zidd hesab edilən hərəkətlərin baş verdiyini göstərən tapıntılar" əsasında başladığını bildirib.
İstintaq zamanı saxlanılan yeddi nəfər məhkəmə tərəfindən rəsmi olaraq həbs edilib.
Əməliyyatdan sonra bəzi media orqanları LGBTQİ+ları hədəfə alıb. Türkiyə hökumətinə yaxın medialar hadisə haqqında yazarkən "LGBT pozğunluğuna görə 7 şübhəli həbs edilib" və "LGBT pozğunluğuna qarşı tolerantlıq yoxdur" kimi başlıqlar altında dərc edib.
Son bir neçə ildir ki, Türkiyədə gender və ailə siyasəti ilə bağlı mədəni və siyasi müzakirələr davam edir. Prezident Receb Tayyib Erdoğan 2025-ci ili “Ailə ili” elan edərək demoqrafik narahatlıqlara yönəlmiş daha geniş siyasət çərçivəsində mühafizəkar ictimai dəyərləri vurğulayıb. Türkiyə LGBTQİ+ özünüifadəsini və gender tranzisiyasını hədəfə alan yeni qanun layihəsini müzakirə edib.
Powered by Froala Editor