Rusiya ŞQ SOS Böhran Qrupunu "ekstremist" kimi tanıyıb

Rusiya hakimiyyəti daha bir LGBTQİ+ təşkilatını "ekstremist" kimi tanınıb. Şimali Qafqazda kuir insanları xilas edən ŞQ (Şimali Qafqaz) SOS Böhran Qrupu bu statuslarından məhkəmə qərarından təxminən bir ay sonra xəbər tutub.

"Biz bu barədə qərarın qəbul edilməsindən təxminən bir ay sonra ŞQ SOS direktoru David İsteevə ünvanlanan məktubdan məlumat əldə etdik. Biz hələ rəsmi reyestrə əlavə edilməmişik. Biz bu statusa apelyasiya vermək və etiraz etmək niyyətindəyik, baxmayaraq ki, mövcud olmayan hərəkatların mövcudluğunu təsəvvür edən məhkəmənin bizim xeyrimizə qərar verməyəcəyini başa düşürük", - deyə qrup sosial mediada bildirib.

ŞQ SOS Böhran qrupu işlərini davam etdirəcəklərini və onlara kömək üçün müraciət edən insanlar üçün heç nəyin dəyişmədiyi deyib. “Məsləhətləşmələr verməyə, təxliyələrə kömək etməyə və tibbi və psixoloji dəstək təklif etməyə hazırıq. Hazırda yardım almaq təşkilatın fəaliyyətində iştirak hesab edilmir, ona görə də bizimlə əlaqə saxlamaq özlüyündə hüquqi nəticələrə səbəb olmur,” - deyə qrup bildirib.

Qrup bildirib ki, tətbiq etdikləri əlavə təhlükəsizlik tədbirləri işlərini daha çətin və baha başa gətirib, bunun üçün də insanları onları dəstəkləməyə çağırıb.

2024-cü ildə Rusiya Ali Məhkəməsi “beynəlxalq LGBT hərəkatını” ekstremist elan edib.

Powered by Froala Editor