Rusiya Baş Prokurorluğu Dalan Fondunu qadağan edib
Rusiya Baş Prokurorluğu Dalan Fondunu LGBTQİ+ və milli hərəkatları dəstəklədiyinə görə qadağan edib
07/Aug/26
44
Rusiya Baş Prokurorluğu Dalan Fondunu LGBTQİ+ və milli hərəkatları dəstəklədiyinə görə qadağan edib
Rusiya Baş Prokurorluğu Dalan Fondunun Rusiya Federasiyasındakı fəaliyyətini arzuolunmaz elan edib. Fonda qarşı ilk tənqid onun LGBTQİ+lara dəstəyi olub.
Ruisya Baş Prokurorluğunun mətbuat açıqlamasında deyilir:
"Fond 2024-cü ildə zahirən insan hüquqları sahəsində proqram və layihələr həyata keçirmək üçün yaradılıb. Əslində, təşkilat LGBT icmasını və Rusiya əleyhinə media qurumlarını maliyyələşdirməyə yönəlmiş təşəbbüslər həyata keçirir. O, Qərb ölkələrinin Rusiya əleyhinə ritorikasını bütün MDB məkanında təbliğ edir".
Nəzarət orqanı Dalan Fondunun Rusiyanı təcavüzkar dövlət adlandırmasından və onun xarici və daxili siyasətini, eləcə də ölkə rəhbərliyini tənqid etməsindən narazı olub.
Prokurorluğun mətbuat açıqlamasında həmçinin deyilir ki, fondun fəaliyyətində "Rusiyanın yerli azlıqları ilə birlikdə hüquqlar və sosial ədalət uğrunda mübarizə adı altında separatçı ideyaları təşviq etməyə xüsusi diqqət yetirilir".
Dalan Fondu Rusiyanın Ukraynanı işğal etməsindən qısa müddət sonra təsis edilib. Fond Rusiyanın müstəmləkə hakimiyyətindən təsirlənən 16 ölkədə kəsişən layihələri maliyyələşdirir. Fondun vizyonu xroniki resurs çatışmazlığı fonunda QHT-lərin vətəndaş hüquqları və azadlıqları uğrunda mübarizənin ön sıralarında olduğu bir bölgədə təşəbbüslərin maliyyələşdirilməsinə yanaşmaları dəyişdirməkdir.
Powered by Froala Editor