Rusiya Pinteresti LGBTQİ+ məzmununa görə cərimələyib

Rusiyada Pinterest LGBTQİ+ məzmununa görə 10 milyon rubldan çox cərimələnib.

Sentyabrın 2-də Moskvanın Taqanski Məhkəməsi Pinterest sosial şəbəkəsini 10,8 milyon rubl cərimələyib. Məhkəmə zalından reportaj verən təbliğatçılar cərimənin əsaslarının LGBTQİ+ məzmunu və "ekstremizmə çağırışlar" olduğunu bildiriblər. Bu barədə Parni+ məlumat verib. 

Məhkəmənin mətbuat xidmətinin verdiyi məlumata görə, Pinterest Europe Limited şirkəti məhkəmə tərəfindən iki dəfə cərimələnib. Cərimələrdən biri 7 milyon rubl, digəri isə 3,8 milyon rubl təşkil edib. Cərimələrin hər ikisi qadağan olunmuş məlumatlarnı silinmədiyinə görə tətbiq edilib. Mətbuat xidməti məlumatın mahiyyətini açıqlamayıb və məhkəmənin saytında bu məsələ ilə bağlı heç bir məlumat dərc edilməyib.

Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41 və 13.50-ci maddələri Roskomnadzor tərəfindən tez-tez istifadə edilən "senzura" cərimələridir. Təkcə ilin birinci yarısında Telegram LGBTQİ+ ilə əlaqəli məzmunu silmədiyinə görə bu maddələr üzrə 14 milyon rubl cərimə ödəyib. Rusiyada bu maddələr həmçinin VPN və narkotiklərlə bağlı məlumatların yayılmasına görə cəzalandırmaq üçün də istifadə olunur.

Məhkəmənin mətbuat xidmətinin məlumatına görə, dünən Telegram eyni maddə üzrə 11,4 milyon rubl, Google 3,8 milyon rubl və Apple 3,5 milyon rubl cərimə olunub. Telegramın cərimələri Ukraynadakı müharibə ilə bağlı "saxta xəbərlər"ə görə verilib, digər şirkətlərə tətbiq edilən cərimələrin səbəbləri hələ də məlum deyil.

Powered by Froala Editor